Dünya

Çin ABŞ-ın dövlət borclarına qoyulan investisiyaları azaltmayacaq

23 Yanvar 2019 11:51
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin ABŞ-ın borc öhdəlikləri bazarına qoyulan investisiyaların həcmini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırmır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Qiymətli Kağızlara Nəzarət Komitəsinin sədr müavini Fan Sinhay Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Çin xaricə sərmayə qoymalıdır, ABŞ dövlət istiqrazları bazarı isə bunun üçün ideal yerdir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Çin 1,1 trilyon dollardan çox dəyərə malik ABŞ xəzinə istiqrazlarına sahibdir və ABŞ-ın ən böyük xarici kreditorudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.