Dünya

İran Rusiyadan qoyun əti alacaq

22 Yanvar 2019 15:10
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri iranlı həmkarları ilə RF müəssisələrindən İslam Respublikasına qoyun ətinin tədarükü barədə razılığa gəliblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda qeyd olunan məhsulların attestasiyadan keçmiş müəssisələrdən İrana göndərilməsinə hazırlıq işləri görülür.

Qeyd edək ki, bir müddət əvvəl İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.

İranın bir ildə ətə ehtiyacı 100-150 min tondur. Yerli istehsal isə istehlaka cavab vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.