Dünya

Ərdoğan: "Mənbic əsl sahiblərinə qaytarılacaq"

21 Yanvar 2019 19:24
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Mənbic şəhəri terrorçulardan təmizlənəcək və əsl sahiblərinə qaytarılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, belə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Türkiyə liderinin sözlərinə görə, hazırda Ankara Mənbicdə, ümumilikdə isə Suriyanın şimalında baş verən hadisələri diqqətlə izləyir:

"Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin edəcək və bu istiqamətdə bizə kömək edəcək hər kəslə əməkdaşlığa hazırdır".

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, ABŞ Suriya ilə bağlı Ankaraya verdiyi sözü tutmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.