23:37
Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş vermiş yanğın nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 11 nəfərə çatıb.
Milli.Az report-a istinadən bildirir ki, Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
Daha 12 nəfərin xilas edildiyi bildirilir.
--------
23:28
Kerç boğazında yanan iki gəmidə, təxminən 16 Türkiyə vətəndaşı olub.
Milli.Az report-a istinadən bildirir ki, bunu Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.
"Kerç boğazında iki gəmi yanıb. Onlardan birində partlayış və yanğın olub və bu, digərinə də keçib. İlkin məlumatlara görə, hər iki komandada ümumilikdə 31 nəfər olub ki, onlardan da 16-sı türkdür. Gəmilər Tanzaniya bayrağı altında üzüb. Lakin, ola bilsin ki, sahibi Türkiyə vətəndaşıdır", - deyə RİA "Novosti" onun sözlərini sitat gətirib.
Çelik həmçinin jurnalistlərə bildirib ki, hökumət Türkiyənin Rusiyadakı səfirliyi və yerli hakimiyyət orqanları ilə sıx əlaqədədir.
Bundan əvvəl iki gəmidə baş verən yanğın nəticəsində 10 nəfərin öldüyü məlumat verilmişdi.
---------
21:38
Milli.Az bildirir ki, Kerç boğazında iki gəmidə baş vermiş yanğın nəticəsində 10 nəfər ölüb, 14 nəfər yanıq xəsarəti alıb.
---------
21:20
Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.
Milli.Az report-a istinadən bildirir ki, gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb.
Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir.
Milli.Az