Dünya

Karlos Qon girov müqabilində azad ediləcəyi təqdirdə Yaponiyanı tərk etməyəcəyini bildirib

21 Yanvar 2019 22:22
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada gəlirləri gizlətməkdə ittiham olunan "Renault" - "Nissan" - "Mitsubishi" Fransa-Yaponiya avtomobil alyansının keçmiş sədri Karlos Qon məhkəmənin girov müqabilində onu azad edəcəyi təqdirdə, ölkəni tərk etməyəcəyini və qarşısına qoyulan bütün şərtləri icra etməyə hazır olduğunu bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə sabiq sədrin nümayəndəsi məlumat verib.

Məlumatda bildirilir ki, K.Qon, həmçinin pasportlarını təhvil verməyə və onun izlənməsi üçün xüsusi qolbaq gəzdirməyə hazır olduğunu da bildirib. Eyni zamanda, o, məhkəmə tərəfindən əvvəlki xahişlərin rədd edilməsini nəzərə alaraq, girov məbləğini artırmağa hazır olduğunu da bildirib. Bundan əlavə, onu izləmək üçün hökumət strukturları tərəfindən seçilən özəl mühafizə xidmətinin əməkdaşlarının zəhmət haqqını ödəməyə hazır olduğunu da deyib.

Xatırladaq ki, K.Qonun vəkilləri yanvarın 18-də həftə ərzində üçüncü dəfə onun girov müqabilində azad edilməsi üçün müraciət ediblər və məsələyə Tokioda yanvarın 21-də axşam saatlarında baxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.