Dünya

Abxaziyada Rusiyaya məxsus ZTR aşdı, ölənlər var

21 Yanvar 2019 17:02
1 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abxaziyada Rusiya ordusuna məxsus ZTR-ın aşması nəticəsində 3 rusiyalı hərbçi həlak olub, 2-si də xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, "BTR-80" tipli zirehli maşın zirehli texnika karvanının dərə boyu çətin şəraitdə hərəkəti əsnasında aşıb. Xəsarət alanlar helikopterlə xəstəxanaya aparılıblar.

Xatırladaq ki, rəsmi olaraq Gürcüstanın bir hissəsi olan Abxaziya Muxtar Respublikası 1992-1993-cü illərdəki Gürcüstan - Abxaziya müharibəsi nəticəsində bu ölkədən qoparılıb. 2008-ci il avqust ayındakı Gürcüstan - Rusiya müharibəsindən sonra Gürcüstan parlamenti sözügedən ərazini rəsmən Rusiya tərəfindən işğal olunmuş ərazi elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.