Dünya

Netanyahu: "İsrail ona təhdid yaradan istənilən ölkəyə zərbə endirəcək"

21 Yanvar 2019 21:16
0 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail ona təhdid yaradan istənilən ölkəyə cavab zərbəsi endirməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri ötən gün İsrail təyyarələrinin Suriyaya zərbə endirməsini şərh edən ölkənin baş naziri Binyamin Netanyahu deyib.

İran tərəfinin Qolan yüksəkliyinə raket buraxmasına münasibət bildirən B.Netanyahu İsrailin bu cür aqressiv fəaliyyətə göz yummayacağını bildirib:

"Biz İrana və onların işğalçılığına xidmət Suriya qüvvələrinə qarşı mübarizə aparırıq. Bizə kim zərər vurmağa çalışsa, cavab zərbəsi endirəcəyik. Bizə kim təhdid etsə, buna görə tam məsuliyyət daşıyacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.