Dünya

Afinada iğtişaşlar: 10 polis yaralandı

20 Yanvar 2019 20:54
0 Şərh     Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda parlament binası qarşısında baş verən iğtişaşlar nəticəsində on nəfər polis əməkdaşı xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Naftemporiki" nəşrinin məlumatında deyilir.

İğtişaşları Skopye ilə Prespan sazişinə etiraz edən bir qrup anarxist törədib. Onlar polis əməkdaşlarına daş atıblar, cavab addım kimi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Bildirilir ki, bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib. Onlardan biri xəstəxanaya aparılıb.

Sabiq baş nazir Antonis Samaras bəyan edib ki, bütün təxribatlara rəğmən, milyonlarla yunan Prespan sazişinə qarşı çıxır və çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.