Dünya

“Sarı jiletlilər” 10-cu dəfə mitinq keçirdi - 80 min nəfər küçələrə axışdı

20 Yanvar 2019 18:00
0 Şərh     Baxış: 666

Bu gün Fransada ümumilikdə 80 min adam "sarı gödəkçəli"lərin keçirdiyi etiraz aksiyasında iştirak edib. Artıq 10-cu dəfədir ki, belə bir aksiya baş tutur.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bugünkü aksiya zamanı etirazçılar polislə əvvəlcədən razılaşdırılmış marşrut üzrə hərəkət ediblər. Parisdə keçirilən aksiyaya isə 7 min nəfər qatılıb. Aksiya zamanı zorakılıq halları müşahidə olunmayıb. Yalnız mitinqə başladıqları meydana qayıtdıqdan, yəni aksiya əslində bitdikdən sonra etirazçılarla polislər arasında qarşıdurma qeydə alınıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz, sufışqıran qurğu və rezin güllələrdən istifadə edib. 42 etirazçı həbs olunub.

Hökumətə qarşı ən güclü etiraz aksiyası isə bu gün Tuluza şəhərində olub. Polisin verdiyi məlumata görə, Tuluzada 10 min nəfər mitinqə qoşulub. Orada 40 nəfər saxlanılıb. Ən dağıdıcı aksiya isə Bordo şəhərində müşahidə olunub. Orada zirehli maşınların arxasında daldalanan polislərlə etirazçılar arasında ciddi qarşıdurma olub. 50 nəfərdən çox adam polis nəzarəti altına alınıb.

Müşahidəçilər deyir ki, bu dəfə aksiyaya qatılanlar xeyli az olub. Bu arada isə, Fransa prezidenti Emmanuel Makron ölkədəki sosial-iqtisadi durumla bağlı müzakirələrə start verib. Fransa mediası mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdadır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.