Dünya

Əfqanıstanda qubernatorun karvanına hücüm edildi: 8 ölü

20 Yanvar 2019 16:35
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Loqar əyalətinin qubernatoru Ənvər İşakzayın karvanına hücum olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə polis rəsmisi Şapur Əhmədzay bildirib.

Onun sözlərinə görə, partlayıcı maddələrlə doldurulmuş avtomobil Kabildən Loqara gedən qubernatorun karvanına tərəf sürülüb və partladılıb. Baş verən partlayış nəticəsind əazı 8 nəfər həlak olub. Qubernatorun özü partlayışdan sağ çıxa bilib.

Bildirilir ki, hücuma görə cavabdehliyi "Taliban" radikal qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.