Dünya

İran generalı: "ABŞ Əfqanıstanda İŞİD-ə dəstək verir"

20 Yanvar 2019 10:56
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri briqada generalı Əhməd Rıza Purdastan bildirib ki, Əfqanıstanda minlərlə İŞİD yaraqlısı ABŞ və bölgə dövlətlərindən dəstək alır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fars News" nəşri məlumat yayıb.

"Əfqanıstan ərazisində böyük sayda, təqribən yeddi min İŞİD yaraqlısı var, onlara silah tədarükünü Səudiyyə Ərəbistanı, BƏƏ maliyyələşdirir, amerikalılar isə onlardan (terrorçulardan) İran, Rusiya və Çinə təzyiq vasitəsi kimi istifadə edirlər", - Purdastan bildirib.

O qeyd edib ki, ölkənin kəşfiyyat xidmətlərinin səmərəli işi sayəsində İran terrorçuların dəqiq harada olduqlarından məlumatlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.