Dünya

"Vaşinqton Post": Tramp istefa verib, Krıma qaçdı

19 Yanvar 2019 18:29
0 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən zəngin iş adamı Ceff Bezosun həyat yoldaşından boşanmasına səbəb olan 49 yaşlı Lauren Sançezlə olan fotoları ABŞ prezidenti Donald Trampın yaxın dostunun dərgisində çap olunduqdan sonra cütlük arasındakı münaqişə daha da alovlanıb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, məşhur cütlüyün boşanmasında ABŞ prezidentinin barmağı olduğu iddia edilib. "Amazon"la yanaşı "Washington Post"un da rəhbəri olan Ceff Bezos isə Trampdan intiqamını alıb.

Belə ki, saxta "Washington Post" qəzetinin manşetində "Tramp istefa verərək, Krıma qaçdı" başlığı ilə məqalə yayımlanaraq, ölkənin dörd bir tərəfinə dağıdılıb. Bunun Bezosun tapşırığına əsasən edildiyi ehtimal olunur.

"Washington Post"dan verilən açıqlamada isə sözügedən qəzet tirajının onlara aid olmadığı bildirilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.