Dünya

Mnatsakanyan Petrosyanın adamını vəzifəyə gətirir

19 Yanvar 2019 18:19
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan eks-prezident Levon Ter-Petrosyanın tərəfdarı olan Vladimir Karapetyana XİN-də yeni vəzifə verməyə hazırlaşır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Jamanak" qəzeti yayıb.

Qeyd edək ki, Karapetyan Petrosyanın Erməni Milli Konqresi Partiyasının üzvüdür. O, Vardan Oskanyanın xarici işlər naziri olduğu dövrdə XİN-in mətbuat katibi olub və 2008-ci ildə istefaya gedib. İstefasına səbəb isə Petrosyana dəstək verməsi olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.