Dünya

Rusiyanın son model qırıcıları: bahalı və "köhnə"...

19 Yanvar 2019 16:14
1 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın beşinci nəsil hərbi təyyarələrinin yaradılmasında istifadə olunan texnologiyalar artıq köhnəliblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Nəşinl İnterest" jurnalı yayıb. Bildirilib ki, Su-57 istehsalında istifadə edilən yeni kompozit materialları radarlarda onun görünüşünü 30% azaldır:

"Bu texnologiyalar 30 ildən çoxdur istifadə olunur. Xüsusilə, "Lokhid Martin" şirkəti bu texnologiyalardan 1980-ci illərdə F-16 təyyarələrinin istehsalı zamanı istifadə edib. Bu material F-22 və F-35 təyyarələrinin hazırlanmasında da tətbiq olunub".

Qəzet həmçinin S-57-lərin texniki təchizatından asılı olmayaraq, bahalı olduğu üçün Rusiya ordusuna sərf etməyəcəyini bildirib. Bununla belə cari ildə Rusiyanın ümumilikdə 12 ədəd Su-57 hazırlaya biləcəyi və hər hansı konflikt zamanı Moskva üçün yetərli olmayacağı da bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.