Dünya

ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır”

19 Yanvar 2019 17:09
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YPG PKK-nın siyasi qanadıdır və PKK ilə bağlılığı var. Bununla bağlı açıq və konkret dəlillər mövcuddur. Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemi həll etməliyik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan ABŞ-ın hakim Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem deyib.

Türkiyə rəhbərliyi ilə keçirdiyi görüşlərin yekunlarına dair mətbuat konfransında danışan senator bildirib ki, rəsmi Vaşinqtonun ABŞ-la birlikdə İŞİD-ə qarşı mübarizə aparanlara borcu var: "İrəli getmək, naliyyət əldə etmək üçün şansımız var. Yol verdiyimiz səhvləri düzəltmək üçün isə şansımız və zamanımız tükənir, ona görə də Türkiyəyə gəlmişəm".

L.Qrem vurğulayıb ki, terrorçu İŞİD qruplaşması hələ də dağlarda gizlənir: "Prezident Donald Trampa ABŞ-ın əvvəlki prezidenti Barak Obama kimi səhvə yol verməməsi üçün xəbərdarlıq etmişdim. ABŞ Müdafiə Nazirliyinin Baş qərargah rəisi, general-mayor Cozef Danford YPG-nin Türkiyədən uzaqlaşdırılması istiqamətində fəaliyyət göstərir, bununla bağlı bir layihəsi var. Barak Obama YPG-ni silahlandırıraq Türkiyə üçün kabus yaratdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.