Dünya

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat

19 Yanvar 2019 14:29
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa polisi "Avropol"un (Avropa İttifaqı Polis Xidməti) köməyi ilə Avropada iri mafiya qruplaşmasının 21 üzvünü həbs edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, cinayətkarların ələ keçirilməsi məqsədilə Fransa ərazisində 27 evdə xüsusi axtarış-yoxlama əməliyyatları aparılıb və qruplaşmanın yüksək rütbəli üzvlərinin də olduğu və əsasən, ermənilərdən ibarət 21 üzvü həbs olunub. 

Əməliyyat zamanı 23 min avro, iki min qutu siqaret, 23 kiloqram tütün və müxtəlif növ 6 ədəd odlu silah müsadirə olunub. 

"Avropol"dan bildirilib ki, bu əməliyyat İspaniya və Almaniya hökumətlərinin də kömək etdiyi böyük bir istintaqın tərkib hissəsidir. Cinayətkarlar narkotika və siqaret almaq üçün avtomobillərlə ödəniş metodundan istifadə ediblər. Onların ifşa olunması üçün "Avropol" il yarım ərzində müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi həyata keçirib və irimiqyaslı istintaqa başlayıb. 

Hazırda əsasən ermənilərdən ibarət mafiya qruplaşmasının digər üzvləri və cinayətlərinin aşkara çıxarılması üçün istintaqın davam etdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.