Dünya

Hicablı qız bacısını öldürdü, izi itirmək üçün görün nə etdi - ŞOK İDDİA - VİDEO

19 Yanvar 2019 11:49
4 Şərh     Baxış: 5 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də Müge Anlının təqdimatında yayımlanan "Tatlı Sert" proqramında məktəbli Filiz Karadavut cinayəti gündəmi zəbt edib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, proqramda Filiz Karadavutun bacısı tərəfindən öldürüldüyü iddia edilib.

Bacı Çiğdem Çakırerin əri Umut Çakırer baldızını öldürdüyü iddiası ilə 12 il azadlıqdan məhrum edilib. Yoxa çıxan məktəblinin bacısı isə onun yaşadığını və ərinin onu öldürmədiyini bildirib.

Qeyd edək ki, Filiz Karadavut 2006-cı ildə yoxa çıxıb.

Çiğdem Çakırer bacısını tapmaq üçün Müge Anlının proqramına qatıldığını bildirib. Çiğdem Çakırerin anası və qardaşı da proqrama qatılaraq şok iddiaları ilə hər kəsi mat qoyublar. 

Ana Durna xanım "Cinayətdə qızımın da barmağı ola bilər" deyib. Qızından 12 ildir bir xəbər almayan ana "Çiğdem yuvam dağılmasın deyərək məni bu zamana kimi susmağa məcbur etdi" deyib.

Filizin qardaşı Murat Karadavut isə bacısı Çiğdem Çakırerin tez-tez onları təhdid etdiyini söyləyib. Murat Karadavut "Bacımın da cinayətdə əli olduğundan şübhələnirəm" deyib. 

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hicablı qız bacısını öldürdü, izi itirmək üçün görün nə etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.