Dünya

Miqrantlar ABŞ-a yeraltı yolla keçiblər

19 Yanvar 2019 17:19
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ilə Meksika sərhədindəki divarın altından qazılmış lağım vasitəsilə 376 nəfərlik qanunsuz miqrant qrupu ABŞ ərazisinə keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Xidməti bildirib.

Telekanal hadisənin yanvarın 14-də baş verdiyini, miqrantlar arasında 179 uşaq olduğunu diqqətə çatdırıb: "Rekord sayda bir qrup 3,6 metr hündürlükdəki metal divar altından yarımmetr enində lağım qazıb Arizona ştatı Yuma şəhəri yaxınlığında ABŞ ərazisinə keçib və dərhal da sərhədçilərimizə təslim olublar".

Gömrük və Sərhəd Xidməti nümayəndələri bildiriblər ki, son vaxtlar ABŞ - Meksika sərhədinin uşaqlı miqrantların qanunsuz keçməsi getdikcə daha geniş vüsət alır. Onların böyük əksəriyyəti ABŞ-da sığınacaq almaq ümidi ilə ən qısa vaxtda sərhədçilərə təslim olurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.