Dünya

Evə gedərkən yolda zorlanan qızın yarıçılpaq cəsədi tapıldı - FOTO

19 Yanvar 2019 11:04
8 Şərh     Baxış: 8 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Viktoriya ştatının Melburn şəhərindən 21 yaşlı qızın yarıçılpaq cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 20 yaşlı Kodi Hermin (Codey Herrmann) adlı oğlan 21 yaşlı israilli tələbə Aya Masarvini (Aiia Maasarwe) zorlayıb, sonra da qətlə yetirib.

McCodez ləqəbi ilə tanınan reper mahnı sözlərində özünü heyvan kimi təqdim edərək dəfələrlə şeytan beyinli olduğunu vurğulayıb.

Aya adlı qız tramvaydan düşüb evə gedərkən yolda bacısı ilə görüntülü danışan zaman təcavüzə məruz qalıb, sonra da öldürülüb.

Reper ötən gün 21 yaşlı qızın qətlinə görə saxlanılıb. O, qızı öldürdükdən sonra əlində viski olan fotosunu yayıb və itkin düşən qızla bağlı fikirlərini yazıb.

Qeyd edək ki, Aya əslən fələstinlidir, o, İsrail vətəndaşlığı alıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.