Dünya

Gecə klubuna gedən qızı döyüb, diri-diri basdırdılar - FOTO

19 Yanvar 2019 13:04
7 Şərh     Baxış: 4 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtkin düşən 17 yaşlı qızın öldüyü məlum olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, gecə vaxtı kluba gedən qızın döyülüb, öldürüldüyü aşkarlanıb.

Agustina Imvinkelried adlı 17 yaşlı qızı döyən şəxs sonradan qəbir qazaraq qızı diri-diri basdırıb.

Cinayəti törədən şəxs Pablo Trionfinidir. Polislər axtarış üçün onun evinə getdikdə Pablonun cəsədi ilə qarşılaşıblar.

Belə ki, o, qızı basırdıqdan sonra inthar edib.

Argentinada baş verən cinayət hadisəsi ölkədə narahatlıq doğurub.

Qeyd edək ki, qızın cəsədi yarı-çılpaq halda tapılsa da, autopsiya nəticəsində məlum olub ki, o, zorlanmayıb. Onun ciyərlərində torpaq qalıqları tapılıb. Qız nəfəs ala bilmədiyinə görə boğularaq can verib.

Milli.Az cinayətkarın və 17 yaşlı qızın fotolarını təqdim edir:

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.