Dünya

Rusiya ABŞ-ı hədələdi: Ağlını başına topla...

19 Yanvar 2019 15:00
2 Şərh     Baxış: 2 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton hərbi üstünlüyünü və maraqlarını qorumaq üçün dünyanın hər bir nöqtəsində əməliyyat keçirmək imkanını təmin etməyə çalışır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

ABŞ-ın raket əleyhinə müdafiə fəaliyyətini məhdudlaşdırmaq istəmədiyi bildirilən açıqlamada düşmən gördüyü ölkələri tərksilah etdiyi qeyd edilib.

"ABŞ Müdafiə Nazirliyi müxtəlif raketləri anında vurma qabiliyyətinə malik raket əleyhinə müdafiə sistemlərinin kosmosa yerləşdirilməsinə "yaşıl işıq" yandırdı. ABŞ administrasiyasını ağlını başına toplamağa və Reyqanın pis görkəmə malik ulduz müharibələri proqramını yeni və daha yüksək texnoloji səviyyədə canlandırma istiqamətindəki bu məsuliyyətsiz təşəbbüslərdən imtina etməyə çağırırıq", - XİN-nin bəyanatında vurğulanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.