Dünya

Ağ Ev Tramp və KXDR emissarının görüşünü məhsuldar adlandırıb

19 Yanvar 2019 08:50
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın KXDR-nın Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxolla görüşü məhsuldar keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin Kim Yon Çxolla görüşünün yekunları üzrə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders görüşün məhsuldar olduğunu bildirsədə, təfərrüatlar barədə məlumat verməyib. O, vurğulayıb ki, görüşdə ABŞ dövlət katibi Mayk Pompeo və "prezidentin komandasının bir neçə digər üzvü" də iştirak ediblər: "Biz irəliləyişə nail olmaq üçün davam edirik. Biz danışıqları davam etdiririk. ABŞ Şimali Koreyaya qarşı təzyiqi davam etdirməyə və sanksiyaları saxlamaq niyyətindədir".

Qeyd edək ki, daha əvvəl Sara Sanders ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüşün fevral ayının sonlarında keçiriləcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.