Dünya

Bolqarıstanda anti-terror əməliyyatı: 43 nəfər saxlanılıb

19 Yanvar 2019 08:20
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanın xüsusi xidmətləri tərəfindən beynəlxalq terrorçuluğun maliyyələşdirilməsinə qarşı keçirilən əməliyyat zamanı 43 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, xüsusi əməliyyat paytaxt Sofiya da daxil olmaqla Bolqarıstanın 7 şəhərində keçirilir.

Məlumata əsasən, ölkə daxilində "havala" sistemi (qeyri-rəsmi maliyyə-hesab sistemi) ilə "iri pul köçürmələri" qeydə alınıb. Əməliyyat zamanı xüsusi xidmətlər tərəfindən 32 min avroya yaxın pul, sənədlər və digər dəlillər aşkar edilərək götürülüb.

Qeyd edilir ki, paytaxt Sofiyada əsas şübhəlilərdən biri Bolqarıstanda yaşayan Suriya vətəndaşı saxlanılıb. O, beynəlxalq terror təşkilatlarına loqistika və maliyyə dəstəyi göstərdikləri ehtimal edilən insanlarla əlaqədə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.