Dünya

Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib - FOTO

19 Yanvar 2019 08:02
0 Şərh     Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Strasburq Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Strasburq Universitetinin Türk Araşdırmaları Departamenti və Fransada Təhsil Alan Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) birgə təşkilatçılığı ilə baş tutmuş bu tədbirdə əsasən həmin təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.

Konfransı giriş sözü ilə açan Türk Araşdırmaları Departamentinin direktoru, Professor Stefan Dö Tapia (Stéphane De Tapia) və ASEAF-ın sədri Fərid Əliyev Qanlı Yanvar faciəsinin Azərbaycan xalqı üçün daşıdığı əhəmiyyət barədə fikirlərini bölüşdülər və bu konfransın Strasburq Universitetində təhsil alan tələbələri sözügedən mövzu üzrə araşdırmalar aparmağa təşviq edəcəyinə dair ümidlərini ifadə etdilər.

Konfransda məruzə ilə çıxış etmiş Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov 20 yanvar faciəsinin Azərbaycanın müasir tarixində tutduğu önəmli yerdən danışdı və ölkəmizi müstəqilliyə aparan yolda bir dönüş nöqtəsi təşkil etdiyini izah etdi. Sovet rəhbərliyinin əmri ilə törədilmiş bu qanlı cinayətin öz məqsədlərinə çatmadığı və xalqımızın iradəsini sındırmağa nail olmadığı vurğulandı. Bu hadisənin Sovet İttifaqının süqutunu surətləndirərək, Azərbaycanın müstəqillik qazanmaq niyyətini daha da möhkəmləndiriyi bildirildi. Bundan əlavə, məruzəsi əsnasında F.İsmayılov Ümummilli Lider Heydər Əliyevin 20 yanvar hadisəsinin dərhal ardınca Azərbaycanın Moskvadakı nümayəndəliyinə təşrif buyuraraq, xalqımıza qarşı törədilmiş bu ağır cinayətə kəskin reaksiya verməsi, ordunu Azərbaycan xalqı üzərinə göndərmiş Sovet İttifaqı rəhbərliyini qəti şəkildə qınaması və millətimizin haqq səsinin beynəlxalq aləmə çatdırması barədə bəhs etdi.

Məruzənin ardınca tədbir iştirakçılarına Qanlı Yanvar hadisələrindən bəhs edən video görüntülər və foto şəkillər nümayiş etdirilib və onların sualları cavablandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.