Dünya

ABŞ-Rusiya münasibəti gərginləşəcək, Ukrayna isə… - Verşbou

18 Yanvar 2019 20:59
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə ABŞ və Çin arasında gərginlik arta bilər. Bundan başqa ABŞ-Rusiya, Avropa-Rusiya arasında münasibətlərin gərginləşməsi də müşahidə ediləcək. Ukrayna isə potensial qaynar nöqtə olmağa davam edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Apostrof" saytına açıqlamasında NATO baş katibinin eks-müavini, ABŞ-ın Rusiya və Cənubi Koreyadakı eks-səfiri Aleksandr Verşbou deyib.

"Beynəlxalq münasibətlərdə risklər çoxdur. ABŞ və Çin arasında bundan sonrakı gərginlik geosiyasi əhəmiyyətinə görə daha narahatvericidir. Tərəflər arasında ticarət mübahisələrinin həll ediləcəyi ilə bağlı optimizm yoxdur. Bu il danışıqlar yox ola və növbəti sanksiyalar mübadiləsi, qarşılıqlı təzyiqlərə səbəb ola bilər. Vacib olan odur ki, Çin ekspansionizmi maneəsiz olacaq. Biz bütün dünya üçün destabilizasiyaya şərait yaradacaq ABŞ və Çin arasındakı uzunmüddətli qarşıdurmanın başladığını görəcəyik.

İkinci risk ABŞ-Rusiya, Avropa-Rusiya gərginliyi olacaq. Ukrayna yenə də mərkəzi məsələ olaraq qalacaq, amma situasiya gələcəkdə xüsusi prokuror Müllerin araşdırması ucbatından çətinləşəcək" - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya çalışacaq ki, bütün vasitələrdən istifadə edərək, Ukraynadakı prezident və parlament seçkisinə müdaxilə etsin:

"Buna səbəb ictimaiyyət daxilində xaos və iğtişaşların yayılmasıdır. Moskvanın hədəfi Rusiyanın diktələrini qəbul etməyə hazır olacaq liderləri hakimiyyətə gətirməkdir. Düşünmürəm ki, bu mümkündür, amma onlar bu hədəfə çata biləcəklərini düşünə bilərlər. Bu o deməkdir ki, Ukraynada keçən ilin sonunda olduğu kimi güc tətbiqi ilə bağlı eskalasiya ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.