Dünya

Ermənistanın rüşvətxorluqda təqsirləndirilən keçmiş nazir axtarışa verilib

18 Yanvar 2019 12:44
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan barəsində axtarış elan edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin Xüsusi İstintaq Xidmətindən bildiriblər. 

Keçmiş nazir böyük məbləğdə rüşvət almaqda ittiham olunur. O, 2007-ci ildə sahibkar Silva Ambartsumyana 10 xüsusi lisenziya verərək, ondan 14 milyon dollar rüşvət tələb edib. Sahibkar bu məbləğin 6 milyon dollarını tanışları vasitəsi ilə nəğd şəkildə verib. 

S.Ambartsumyan qalan 8 milyon dolları isə Aram Artyunyanın Birləşmiş Ərəb Əmirliyindək qohumlarının hesabına köçürüb. Sabiq nazir aldığı rüşvətin real mənbəyini gizlətmək üçün daha sonra həmin məbləği İsveçrədəki bank hesabına ötürüb.

Hazırda A.Arutyunyan axtarışdadır. Yerevanın Ümumi Məhkəməsi onun barəsində qiyabi olaraq həbs qətiimkan tədbiri seçib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.