Dünya

Arvad ona telefon kodunu verməyən ərini yandırdı - FOTO

18 Yanvar 2019 10:45
2 Şərh     Baxış: 2 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərini yandırmaqda günahlandırılan qadın saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, arvad ona telefonunun kodunu verməyən həyat yoldaşını diri-diri yandırıb.

Dedi Purnama adlı zərərçəkən evdə təmir işləri aparan zaman İlham Cahyani adlı xanımı ondan telefonunun kodunu istəyib. Purnama parolu demədiyinə görə cütlük mübahisə etməyə başlayıb.

Çardaqdan düşən ər həyat yoldaşına şillə vurub. Bundan qəzəblənən qadın ərinin üstünə benzin töküb, alışqanla onu yandırıb.

Purnama təcili xəstəxanaya çatdırılıb. O, xilas edilsə də, dərisi xeyli yanıb.

Hadisə Malay Malay arxipelaqına daxil olan Lombokda baş verib.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.