Dünya

“Azərbaycan ordusuna müqavimət göstərə bilməyəcəyik” – Erməni politoloqdan etiraf

17 Yanvar 2019 23:37
2 Şərh     Baxış: 2 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistan Silahlı Qüvvələrinin ehtiyat silahlarının olmaması narahatlıq yaratsa da, məsul şəxslər bu problemi həll etmək üçün heç bir addım atmaq istəmirlər".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Armen Ayvazyan deyib.

Ekspert ehtiyat silah əldə etmək üçün potensialın aşağı olduğunu bildirib:

"Azərbaycanla uzunmüddətli müharibədə müqavimət göstərə bilmək üçün ehtiyatda silah olmalıdır. Hazırkı durumda isə Azərbaycan ordusuna uzun müddət müqavimət göstərmək mümkün olmayacaq.

Hesab edirəm ki, müharibə vəziyyətində ön xətdəki Ermənistan ordusu Azərbaycanın qarşısından bir addım geri çəkilsə, bu, bizim üçün qorxunc nəticələrə yol açacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.