Dünya

Gürcüstanda zəncirvari qəza baş verib, 20-dən çox maşın toqquşub - FOTO

17 Yanvar 2019 21:31
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Qori rayonunun İqoeti kəndi yaxınlığında mərkəzi avtomagistral yolun üç müxtəlif hissəsində 20-dən çox maşının iştirakı ilə zəncirvari qəza olub.

Milli.Az "Report"a istinadən bildirir ki, qəzaya qar yağması və yolun buz bağlaması səbəb olub.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, avtomagistrala texniki duz səpilsə də, sürüşmənin azalması üçün müəyyən vaxt tələb olunur.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Qəza zamanı ciddi xəsarət alanların olmadığı bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.