Dünya

Trampın 100 illik planı açıqlandı - Fələstin belə bölünəcək...

17 Yanvar 2019 19:41
1 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın "Yüz ilin sülh planı" açıqlanıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, İsrailin "Resher 13" telekanalının iddiasına görə, plan işğal altındakı Qərbi Şeria ərazisinin 90 faizinin Fələstin nəzarətinə verilməsini nəzərdə tutur.

ABŞ rəsmilərinə istinadla iddia edilir ki, Qərbi Şeriada yəhudi məskənləri boşaldılacaq, aparılan inşaat işləri dayandırılacaq.

Plana əsasən, fələstinlilərin müqəddəs saydıqları məkanların heç biri Fələstinə verilməyəcək.

Qüdsdə hasarla əhatə olunan qədim şəhər İsrailə qalacaq, ancaq əraziyə Fələstin və İordaniya tərəfindən birgə nəzarət olunacaq.

Çoxu ərəblərdən ibarət Şərqi Qüdsün gələcəkdə Fələstin dövlətinin paytaxtı kimi qəbul ediləcəyi də iddia olunur. Ancaq planda Qəzza haqqında hər hansı bir informasiya yer almır.

Hələlik İsrail və Fələstin rəsmiləri bu iddialara rəsmi münasibət bildirməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.