Dünya

ABŞ Suriyada qalacağını açıqladı

17 Yanvar 2019 13:32
0 Şərh     Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD darmadağın edilib. Ancaq bununla belə, Suriyada qalacağıq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

"İŞİD darmadağın edilib. Hərbçilərimiz evə qayıdırlar. Ancaq biz İŞİD-in iyrənc sifətini göstərməməsinə əmin olmaq üçün bölgədə qalacağıq. Əsgər və koalisiyadakı tərəfdarlarımızın əldə etdikləri nailiyyətləri qoruyacağıq", - o vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti bu bəyanatı İŞİD Menbiçdə terror aktı törədəndən bir neçə saat sonra verib. O, çıxışında bu hadisədən bəhs etməyib.

Xatırladaq ki, yanvarın 16-da Suriyanın Menbiç bölgəsində törədilən partlayış nəticəsində 4-ü ABŞ hərbçisi olmaqla 15 nəfər ölüb. Partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.