Dünya

Mənbic partlayışında neçə amerikalı hərbçi ölüb? - VİDEO - FOTO

17 Yanvar 2019 13:32
1 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Mənic şəhərində törədilmiş terror partlayışının videosu yayılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, partlayışda 2 amerikalı hərbçi və 2 suriyalı mülki şəxs həlak olub.

İnformasiya agentlikləri isə ABŞ hərbçilərinin olduğu restoranın qarşısında "canlı bomba"nın özünü partlatması nəticəsində 4 amerikalının həlak olduğunu bildiriblər.

Partlayışda 4 amerikalı hərbçinin həlak olması və 3 hərbçinin də yaralanmasını amerikalı generallar da adlarının çəkilməməsi şərti ilə təsdiqləyirlər.

Terakta görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, partlayışda ABŞ-ın 5 hərbçisi həlak olub. Yaralıların sayı isə 27 nəfərdir.

Partlayış ABŞ prezidenti Donald Trampın Suriyadakı hərbi kontingentini çıxarmaq barədə qərarına təsir edə bilər.

Suriyanın Türkiyə ilə sərhədindən 25 km aralıda yerləşən Mənbic şəhəri ötən ilin dekabrında Suriya ordusunun nəzarətinə keçib. Yerli kürdlər Suriya prezidenti Bəşər Əsədə müraciət edərək "Bizi Türkiyədən qoruyun!" deyəndən sonra şəhərə Əsədə sadiq qoşunlar yeridilib.

Rəsmi Vaşinqton bəyan edib ki, Ankara Suriyanın şimal-şərq hissəsində "kürdləri təqib etməyə başlarsa", Suriya ərazisindəki hərbi kontingentinin çıxarılması planlarından əl çəkə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbic partlayışında neçə amerikalı hərbçi ölüb?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.