Dünya

İran diri heyvan idxalına icazə verib

17 Yanvar 2019 08:33
1 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın kənd təsərrüfatı nazirinin müavini və Baytarlıq Təşkilatının sədri Əlirza Rəfiipur deyib.

Onun sözlərinə görə, İranın bir ildə ətə ehtiyacı 100-150 min tondur. Yerli istehsal isə istehlaka cavab vermir.

Rəfiipur əlavə edib ki, bu istiqamətdə Avstraliya, Yeni Zelandiya və Braziliya kimi ölkələrdən xırdabuynuzlu heyvanların (qoyun və keçi) idxalı nəzərdə tutulub:

"İrana diri heyvan idxalı yeni layihədir. Bu layihənin icrası ticarət və iqtisadiyyat baxımından Buşehr vilayətinə böyük köməklik göstərə bilər".

Nazir müavininin sözlərinə görə, qısa müddət ərzində 5 min baş xırdabuynuzlu heyvan Rumıniyadan təyyarə ilə İranın Əlborz vilayətinin Kərəc şəhərinə idxal ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.