Dünya

Türkiyə ən genişmiqyaslı əməliyyatına hazırlaşır - 80 min hərbçi hazır vəziyyətdə

16 Yanvar 2019 21:50
3 Şərh     Baxış: 1 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Suriyada planlaşdırılan əməliyyat üçün 80 minədək hərbçi hazır vəziyyətə gətirilib.

Bundan əvvəl, "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarında müvafiq olaraq 8 minədək və 6,5 min hərbçi iştirak etmişdi.

1974-cü ildə Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi əməliyyata 40 minədək hərbçi qatılmışdı.

Xatırladaq ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbic şəhərinin terrorçulardan azad olunması üçün əməliyyatın planlaşdırıldığını bildirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.