Dünya

Jirinovskidən yaponlara təklif: Torpaq istəyirsinizsə...

16 Yanvar 2019 20:24
4 Şərh     Baxış: 2 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya ilə sülh danışıqları Tokionun yad torpaqları sövdələşmə cəhdidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, Yaponiya faşist Almaniyası ilə müttəfiq olub və dəfələrlə Rusiyaya hücum edib:

"Rus əsgərinin ayağı isə bir dəfə də olsun Yaponiya ərazisinə dəyməyib. Onlar hər zaman arzu ediblər ki, Urala qədər rus torpaqlarını ələ keçirsinlər. Ümid edirəm ki, onlar heç vaxt rus torpaqlarından bir metr belə əldə edə bilməyəcəklər. Biz torpaqların verilməsinə qarşıyıq.

Yaponlar niyə Kuril adalarıyla bağlı israr edirlər? Saxalin, Kamçatka, Xabarovsk, Maqadan, Sibir hələ də öyrənilməmiş ərazilərdir. Ürəyiniz istədiyiniz yerdə işləyin, fabrik tikin, kənd təsərrüfatı məhsulları becərin. Rus bayrağınız olacaq, amma siz sakit işləyəcəksiniz. Sərhədlər müasir dünyada önəmli rola sahib deyil".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.