Dünya

Üç uşaq soyuducuda öldü

16 Yanvar 2019 20:09
3 Şərh     Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Florida ştatının Suvonni dairəsində üç azyaşlı faciəvi şəkildə ölüb. Altı yaşlı Doulton, onun bir yaşlı bacısı Keyli və adı hələlik açıqlanmayan dostları köhnə soyuducu kameraya düşərək  ölüblər. Qurğu şəbəkəyə qoşulmayıb və evin qarşısında olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, uşaqlar həyətdə oynayan zaman yaxınlıqda soyuducu aşkarlayıblar. Oynamaq üçün onlar soyuducunun içinə girib. Qurğunun qapısını içəridən aça bilmədiklərinə görə boğularaq ölüblər.

Uşaqlara baxmalı olan dayə onları həyətdə tapa bilməyincə axtarışa başlayıb. O, xeyli müddətdən sonra soyuducunu yoxlamaq qərarına gəlib. Aşkarladığı uşaqların heç biri nəfəs almayıb. Azyaşlılara ilkin yardım göstərməyə çalışsa da,  bunun faydası olmayıb.

Hazırda polis insidentlə bağlı araşdırma aparır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.