Dünya

Yaponların üçdəbirindən çoxu Kuril adalarından dördünün də qaytarılmasını təkid edir

16 Yanvar 2019 23:39
2 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponların üçdəbirindən çoxu hesab edir ki, hökumət Rusiyadan Cənubi Kurilə daxil olan dörd adanın eyni vaxtda qaytarılmasına nail olmağa çalışmalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə NHK telekanalı keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 38 faizi Kunaşir, İturup, Şikotan və Habomai adalarının daxil olduğu "şimal əraziləri"nin eyni vaxtda qaytarılmasının daha düzgün olduğunu bildirib. Bununla yanaşı, rəyi soruşulanların 38 faizi adaların hamısının mərhələlərlə qaytarılmasına tərəfdar olduğunu bildirib. Respondentlərin yalnız 10 faizi iki adanın qaytarılması ilə məsələnin həllinin mümkünlüyünə razılığını bildirib.

Rusiya ilə sülh müqaviləsi mövzusuna toxunan respondentlərin 30 faizi imkan daxilində onun daha tez imzalanmasının zəruriliyini qeyd edib. Rəyi soruşulanların 28 faizi bu məsələdə tələsməyə ehtiyacın olmadığını bildirib, 31 faizi isə cavab verməkdə çətinlik çəkdiyini deyib.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrov yapon həmkarı Taro Kono ilə sülh müqaviləsi üzrə danışıqları ilk dəfə yeni formatda keçirib. Rusiyalı nazir qeyd edib ki, rəsmi Moskva Kurilin cənubu ilə əlaqədar öz suverenitetini müzakirə etməyə hazırlaşmır. Yaponiya tərəfi isə iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün işin davam etdiyini bildirməklə kifayətlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.