Dünya

Dərman qəbulunun yeni üsulu icad edildi

16 Yanvar 2019 19:04
0 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Avstraliya alimləri yapışqanlı bint (plastır) vasitəsilə dərman qəbulu üsulunu icad ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə layihə iştirakçılarından biri, Qriffits Universitetinin Təbiət elmləri kafedrasının müdiri, Seçenov Universitetinin Molekul Təbabəti İnstitutunun aparıcı elmi işçisi Yuri Anisimov məlumat verib.

Onun sözlərinə görə, yeni üsul dərmanın dəri səthinə yerləşdirilən yapışqanlı bintdə 0,5 millimetr uzunluğunda xüsusi mikro iynələr vasitəsilə tədricən, müəyyən vaxt ərzində orqanizmə yeridilməsindən ibarətdir.

Belə ki, həb vasitəsilə qəbul edilən dərmanlar əvvəlcə mədə-bağırsaq, kənar damarlar və qaraciyərə, ən sonda isə ümumi qan dövriyyəsinə daxil olduğu halda, yeni üsulla dərman birbaşa qan dövranı sisteminə yeridiləcək və heç bir ağrı, yaxud narahatlıq doğurmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.