Dünya

Azərbaycan nefti ucuzlaşıb

15 Yanvar 2019 23:57
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 14-ü 62,11 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,47 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 60,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,44 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.