Dünya

Məşhur aktrisa vəfat etdi - FOTO

15 Yanvar 2019 22:54
0 Şərh     Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktrisa Kerol Çenninq dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 98 yaşlı aktrisa bu gün səhər radələrində Kaliforniyadakı evində vəfat edib.

Qeyd edək ki, 1921-ci ildə Vaşinqtonda doğulan Kerol sənətə 1941-ci ildə gəlib. İlk dəfə 1949-cu ildə "Alicənab kişilər sarışınlara üstünlük verirlər" ("Gentlemen Prefer Blondes") adlı filmdə rol alıb. Ona uğur gətirən obrazı isə 1964-cü ildə "Salam, Dolli" ("Hello, Dolly") adlı ekran işində yaratdığı Dolli xarakteri olub. Çenninq "Toni", "Oskar" və "Qızıl qlobus" mükafatçısıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.