Dünya

Məşhur rejissorun ailəsində FACİƏ - Anasını maşın vurub öldürdü - FOTO

15 Yanvar 2019 17:46
0 Şərh     Baxış: 2 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyanın Alanya ərazisində yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində dünyasını dəyişən Ferahnaz Benlinin məşhur kinorejissor Orçun Benlinin anası olduğu ortaya çıxıb.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, qəza, səhər saat 9 radələrində qeydə alınıb. Hadisə şahidlərinin xəbərdarlığı sonrası əraziyə gələn təcili yardım maşını ilə xəstəxanaya çatdırılan qadını, bütün müdaxilələrə rəğmən xilas etmək mümkün olmayıb.

Kollecdə müəllim kimi çalışan Ferahnaz Benlini (61) Ali K. adlı şəxsin idarə etdiyi 07 NBV 24 qeydiyyat nişanlı avtomobil vurub.

Ali K. adlı sürücü saxlanılıb. İstintaq başlayıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.