Dünya

Qonşu ölkədə vəziyyət ağırlaşır: qriplə mübarizəyə 4 milyon dollar sərf edilir

15 Yanvar 2019 20:09
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda mövsümi qripin kəskinləşməsinə qarşı mübarizə hökumətə, təxminən, 10 milyon lariyə (3,7 mln. dollardan çox) başa gələcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, "Tamiflu" dərman preparatının əhaliyə ödənişsiz verilməsi üçün əlavə olaraq 1 milyon lari xərclənəcək: "Vaksinasiyaya isə, təxminən, 700 min lari vəsait sərf ediləcək".

Nazir deyib ki, son iki həftə ərzində ölkədə qripə yoluxma hallarında azalma qeydə alınıb: "Azalma tendensiyası müşahidə olunsa da, biz səylərimizi davam etdiririk. Bəzi xəstəxanaların 24 saatlıq iş rejiminə keçməsi yoluxma hallarının azalmasına böyük təsir edib".

Qeyd edək ki, bu günə qədər Gürcüstanda "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.