Dünya

İspaniya hökuməti 2019-cu ildə xəzinədə vəsait toplanması üzrə bütün tarixi rekordları qırmaq niyyətindədir

16 Yanvar 2019 04:30
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pedro Sançes hökuməti 2019-cu ildə xəzinədə vəsait toplanması üzrə bütün tarixi rekordları vergilər vasitəsilə qırmaq, 227 milyard 365 milyon avro məbləğə nail olmaq niyyətindədir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Nazirlər Kabineti tərəfindən bəyənilmiş Baş büdcə layihəsində belə deyilir.

2019-cu il ərzində toplanacaq vəsaitin ümumi məbləği 2018-ci ildəkindən 9,5 faiz çox olmalıdır. Maliyyə Nazirliyi ümid edir ki, gözlənilən nəticə vergi qoyulan bazaların və iqtisadi fəallığın artması sayəsində əldə olunacaq. Bu da ölkə iqtisadiyyatı üçün lokomotiv rolu oynayacaq. Eyni zamanda artım proqnozlarına azalma tərəfə düzəlişlər edilib: 2019-cu ildə son on ildə ən aşağı ÜDM artımı qeydə alınmalıdır.

Hökumət xəzinənin bütün gəlirlərinin 57,3 faizini sosial ehtiyaclara yönəltməyi planlaşdırır. Bu, İspaniyanın bütün tarixi ərzində ən yüksək göstəricidir. Kataloniyanın maliyyələşdirilməsini onun ÜDM-yə töhfəsinə müvafiq şəkildə - 19,2 faizə qədər artırmaq barədə qərar qəbul edilib. Baş nazir P.Sançesin fikrincə, bu addım regionun Kataloniya separatçılarını öz tərəfinə çəkməsinə, onların sosialistlər tərəfindən işlənib hazırlanmış büdcəyə səs verməsinə kömək etməlidir. Səsvermə fevralın 11-12-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.