Dünya

Merin qətli Polşa vətəndaşlarını ayağa qaldırdı - VİDEO

15 Yanvar 2019 13:20
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın müxtəlif şəhərlərində on minlərlə insan Qdansk meri Pavel Adamoviçə qarşı sui-qəsdə etiraz olaraq küçələrə axışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli TVN24 telekanalı məlumat yayıb.

Zorakılıq əleyhinə etiraz aksiyaları Varşava, Qdansk, Krakov və digər şəhərlərdə təşkil olunub. Polşalılar əllərində şam və müxtəlif yazılı plakatlar tutub. Aksiyalar "Aqressiyanı dayandıraq" şüarı altında keçib.

Qdanskda doğulub boya-başa çatmış Avropa Şurasının sədri Donald Tusk şəhərə gələrək, anım yürüşünə qoşulub, Adamoviçin xatirəsini anıb.

Polşa prezidenti Ancey Duda isə Varşava kilsəsində öldürülmüş siyasətçi üçün dualar edib.

Qeyd edək ki, Qdansk meri Pavel Adamoviç yanvarın 14-də öldürülüb. Ürək nayihəsində aldığı bıçaq zərbəsinə görə bir sutkaya yaxın əməliyyat masasında olub. Vəziyyəti ağır olan siyasətçiyə 20 litrə yaxın qan köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Adamoviç 1998-ci ildən bəri Qdansk şəhərinə başçılıq edib.

Cinayəti törədən şəxs 27 yaşlı yerli sakin Stefan V.-dir. Buna qədər dörd bankda qarət törətdiyinə görə məhkumluq həyatı yaşayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Merin qətli Polşa vətəndaşlarını ayağa qaldırdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.