Dünya

29 yaşlı azərbaycanlı iş adamı ABŞ-da güllələndi - YENİLƏNİB - VİDEO - FOTO

15 Yanvar 2019 10:47
4 Şərh     Baxış: 12 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:47

ABŞ-ın Şimali Karolina ştatının Şərqi Şarlotta şəhərində fəaliyyət göstərən "Fixer Electronic Repair" mağazasının sahibi, azərbaycanlı iş adamı Elçin Xəlilov güllələnib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Qubad İbadoğlu şəxsi Feysbuk səhifəsində informasiya verib.

Məlumatda bildirilir ki, 29 yaşlı iş adamı iş yerində silahlı hücuma məruz qalıb. O, aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Şahidlərin sözlərinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də tapılmayıb.

Həmçinin bildirilib ki, Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul olub. O, bir neçə il öncə ABŞ-a köçüb. E.Xəlilov Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

Amerika polisinin verdiyi məlumata görə, qanlı hadisə bazar ertəsi saat 10:00-10:30 arasında baş verib. Elçin Xəlilovu yaralı şəkildə yaxınlıqda fəaliyyət göstərən "Milton" gözəllik salonunun işçiləri yaralı halda tapıb. Cinayətkar qurbanına boynundan xəsarət yetirib.

Elçin Xəlilovun cənazəsinin Azərbaycana qaytarılacağı bildirilib.

---------
09:58

ABŞ-da azərbaycanlı oğlan öldürülüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində yaşayan 29 yaşlı azərbaycanlı qətlə yetirilib.

Telefon təmiri mağazasında işləyən Elçin Xəlilov həmin məkanda güllələnib. Polislər hadisə yerinə gələndə o, yaralı vəziyyətdə olub. E.Xəlilov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayətlə bağlı araşdırma aparılır.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
ABŞ-da azərbaycanlı güllələnib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.