Dünya

İran peykini kosmosa çıxardı, sürət yığa bilmədi

15 Yanvar 2019 10:40
0 Şərh     Baxış: 2 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran ABŞ-ın dövlət katibi Maykl Pompeonun xəbərdarlığına baxmayaraq öz peykini buraxıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, peykin kosmosa çıxarılması əməliyyatı uğursuz nəticələnib. Bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin dediyinə görə, peyk birinci və ikinci mərhələləri keçsə də, lazımi sürəti yığa bilmədiyinə görə 3-cü mərhələni keçə bilməyib və orbitə çatmayıb.

Qeyd edək ki, Maykl Pompeo bir müddət əvvəlki çıxışı zamanı peykini kosmosa çıxaracağı təqdirdə İrana sanksiyalar tətbiq edəcəyini söyləyib.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.