Dünya

Yaqland Fransada jurnalistlərə qarşı hücumları pisləyib

15 Yanvar 2019 08:48
0 Şərh     Baxış: 321

Avropa Şurası (AŞ) Fransada jurnalistlərə qarşı edilən hücumları pisləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, Avropa Şurasının baş katibi Törbyorn Yaqland Fransada "sarı jiletlilər"in aksiyaları zamanı son həftələr jurnalislərin iş şəraitinin pisləşməkdə davam etdiyini bildirib.

O, peşə vəzifələrini yerinə yetirən mətbuat nümayəndələrinə qarşı təhdidləri və hücumları qəti surətdə pisləyib.

"Öz peşəsini yerinə yetirən jurnalistlərə hücum etmək demokratiyaya hücum etmək deməkdir. Azad şəkildə sözünü demək, aksiya keçirmək hüququna malik olmaq bu cür zorakılıq və nifrətin aşıb-daşması üçün bəhanə ola bilməz", - deyə o bildirib.

Daha əvvəl Avropa Şurasının baş katibi vəzifəsinə namizədliyin irəli sürülməsinin müddəti başa çatıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.