Dünya

ABŞ dövlət katibi Yaxın Şərq səfərini yarımçıq qoyur

14 Yanvar 2019 15:47
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Maykl Pompeo yaxınlarının birinin vəfat etməsi ilə bağlı Yaxın Şərq səfərini erkən başa çatdıracaq.

Milli.Az report-a istinadən xəbər verir ki, birhəftəlik səfər çərçivəsində Qətər ətrafındakı böhranlı vəziyyəti müzakirə etrmək üçün altı Körfəz ölkəsinin hamısında, son olaraq Qətərlə qonşuları arasında vasitəçiliyi üzərinə götürən Küveytdə danışıqlar aprmaq nəzərdə tutulurdu.

"Dövlət katibi Pompeo Oman paytaxtı Məsqətdəki danışıqlardan sonra vətənə qayıdacaq. Səfərin ixtisarı ailənin dəfn mərasimində iştirak etməsi ilə bağlıdır", - Dövlət Departamentinin sözçüsü Robert Palladino bildirib.

Bununla da Küveyt səfərini təxirə salmalı olan M.Pompeonun bu ölkəyə "yaxın gələcəkdə" səfər etməyə ümidvar olduğu vurğulanıb.

Xatırladaq ki, Yaxın Şərq səfəri çərçivəsində ABŞ dövlət katibinin son dayanacağı yanvarın 13-də Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyad olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.