Dünya

Türkiyə Trampın təhdidinə cavab verdi

14 Yanvar 2019 14:03
0 Şərh     Baxış: 1 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ölkəsinin Suriya kürdlərinə hücum edəcəyi təqdirdə ABŞ-ın iqtisadi tədbirlər görəcəyinə dair hədəsinə cavab olaraq bildirib ki, Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə aparır.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ankaranın suriyalı kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəni iqtisadi tədbirlər görməklə hədələyib.

"Suriyalı kürdləri ABŞ-ın terrorçu təşkilatlar siyahısında adı hallanan Kürdüstan Fəhlə Partiyasına (PKK) və onun Suriya filialı olan YPG-yə (kürd özünümüdafiə qüvvələri) aid etmək böyük səhvdir. Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə aparır. Biz kürdləri və digər suriyalıları bütün terror təhlükəsindən qoruyacağıq.

Türkiyə ABŞ-ın bizim strateji əməkdaşlığımıza hörmətlə yanaşacağına ümid edir və terrorçu təbliğatın bu əməkdaşlığa təsir etməyəcəyini arzu edir", - Kalın "Twitter"də yazıb.  

O əlavə edib ki, İŞİD, PKK və YPG arasında heç bir fərq yoxdur.

"Biz onların hamısına qarşı mübarizə aparacağıq", - deyə Türkiyə prezidentinin təmsilçisi qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.