Dünya

Türkiyədə güclü partlayış

14 Yanvar 2019 10:07
0 Şərh     Baxış: 1 142

Türkiyənin Sakarya vilayətində qaz borusu keçən ərazinin yaxınlığında güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışın yaşayış məntəqəsinə yaxın dağlıq ərazidə baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan və ya ölənlərin olması barədə məlumat yoxdur.

Partlayışdan sonra yanğın başlayıb. Yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində iş aparırlar.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.